Moskvanın cənub-qərbində mənzildə qadın cəsədi aşkar edilib.

Open.az xəbər verir ki, bu barədə Moskvanın hüquq-mühafizə orqanları məlumat yayıb.

Hadisə ötən gün Novoçeremuşkinski küçəsində baş verib. Mənzildə 43 yaşlı Azərbaycan vətəndaşının cəsədi tapılıb.

İlkin məlumatlara görə, onun ölümünə kəskin ürək çatışmazlığı səbəb olub.

Cəsədi mənzilin 37 yaşlı sahibi aşkar edib. O bildirib ki, qadın onun evində dayə çalışırmış.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı