Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində yerləşən "Neolit" kafesində çeçenlərlə azərbaycanlılr arasında baş verən kütləvi davadan sonra saxlanılanların görüntüləri yayılıb.

Open.az xəbər verir ki, bu barədə "360tv.ru" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı 1 nəfər ölüb və xəsarət alanlar olub.

Davada təqribən 70-100 nəfərin iştirak etdiyi bildirilib.

Hadisə ilə əlaqədar olaraq 18 nəfər saxlanılıb. Faktla bağlı istintaq başladılıb. Dava ilə bağlı azərbaycanlı və çeçen ağsaqqallarının görüşü baş tutub.

Gülnar Qafarlı