Ötən gün Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində yerləşən kafedə ketləvi dava baş verib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, atışma ilə nəticələnən dava nəticəsində 10 nəfər yaralanıb.

Hadisə axşam saatlarında azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində meydana gəlib.

Əllərində bıçaq və tapança ilə restorana daxil olan Çeçenlər kafedəki müştəriləri bayıra çıxarıblar. Daha sonra onlar avtomobillə hadisə yerindən qaçıblar.

Davada təqribən 70-100 nəfərin iştirak etdiyi bildirilib. Şahidlərin məlumatına görə, restoran sahibi Yaşar Əliyev də kürəyindən yaralanıb

Hadisə ilə əlaqədar olaraq 20 nəfər saxlanılıb. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı