Rusiyanın Sankt-Peterburq şəhərində 2 nəfərin ölümünə səbəb olan Azərbycan vətəndaşı Murad Qasımov həbs edilib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, Peterburqda Kuybışev rayon məhkəməsi azərbaycanlı barədə həbs qətimkan tədbiri seçib.

M.Qasımov aprelin 23-nə qədər həbsdə qalacaq. Azərbaycanlı məhkəmədə peşman olduğunu bildirib.

Qeyd edək ki, hadisən fevralın 24-ü yerli vaxtla təxminən saat 02.00-da baş verib. Azərbaycan vətəndaşı “BMW X6” markalı avtomobili ilə səkiyə çıxaraq piyadaları vurub. Nəticədə iki nəfər ölüb və dörd nəfər yaralanıb.

Tərcümeyi-halında cinayət məsuliyyətinə cəlbolunma halları olmasa da, son iki il ərzində Murad yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib.

Gülnar Qafarlı