Ötən gün Moskva ətrafında Vidno şəhəri yaxınlığında avtomobildə kişi meyiti aşkarlanıb.

Open.az "REN TV"yə istinadən xəbər verir ki, 36 yaşlı sürüsü aldığı 3 güllə yarasından yerindəcə keçinib.

Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Qətlə yetirilən şəxsin 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, biznesmen Toğrul Tağıyev olduğu müəyyən edilib.

Faktla bağlı istintaq başladılıb, hadisənin səbəbləri araşdırılır.

Gülnar Qafarlı

Mosva ətrafında azərbaycanlı biznesmen güllələndi - FOTO