Moskva ətrafında yerləşən Şelkovski rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 28 yaşlı Azərbaycan vətəndaşı həlak olub, 1 nəfər də yaralanıb.

Hadisə saat 14:30 radələrində Rozı Lüksemburq prospektində meydana gəlib.

Qəzanın səbəbləri araşdırılır.

Gülnar Qafarlı