Ukraynanda azərbaycanlı "qanuni oğru” "Quli” ləqəbilə tanınan Nadir Səlifovun ad gününü qeyd etmək üçün toplaşan tərəfdarları saxlanılıb.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Xmelnitski vilayətində yerləşən istirahət mərkəzlərindən birində kriminal avtoritetlərin “sxodka”sına qarşı əməliyyat keçirib.

Bu barədə Ukrayna Milli Polis İdarəsi başçısının birinci müavini Vyaçeslav Abroskin məlumat verib.

O bildirib ki, dünyanın müxtəlif ölkələrindən - Türkiyə, Azərbaycan, Birləşmiş Ərəb Əmirliklərindən olan "qanuni oğrular" fotoları səhvən sosial şəbəkədə paylaşıblar. Kriminal avtoritetlərin paylaşdığı şəkillər onları ələ verib.

Qeyd edək ki, dünən "Lotu Quli"nin 47 yaşı tamam olub.

Gülnar Qafarlı