Beyrut hava limanında külli miqdarda xarici valyutanı (ABŞ dolları) Livan ərazisindən çıxarmağa cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

Open.az barədə “Moskovskiy Komsomolets” saytı məlumat yayıb.

Azərbaycan vətəndaşı ilə bərabər Rusiya vətəndaşı da tutulub.

Onlar Beyrutdan İstanbula gedərkən saxlanılıblar.