Ukraynada iki gün əvvəl Kiyev şəhərinin Şevçenko rayonunda sükan arxasında meyiti tapılan Azərbaycan vətəndaşının şəxsiyyəti məlum olub.

Open.az-ın əldə etdiyi məlumata görə, bu, əslən Azərbaycanın Samux rayonundan olan, 1980-cı il təvəllüdlü İbrahimov Mahir Qaçay oğludur.

Polis onun Ukraynada yeni gəlmələrdən olduğunu bildirib. Hazırda onun meyiti morqdadır və yaxın günlərdə ekspertiza onun ölüm səbəbini açıqlayacaq.

Qeyd edək ki, mərhumun meyiti iki gün əvvəl rayonun Oljiça küçəsində "BMW" markalı avtomobilin sükanı arxasında tapılıb.