İzmirin Konak Feribot Limanı yaxınlığında dənizdə Azərbaycan vətəndaşının cəsədi tapılıb.

Open.az "CNN"ə istinadən xəbər verir, bu barədə polisə ova gedən balıqçılar məlumat verib.

Ölən şəxsin cəsədi sudan çıxarılıb. Araşdırma nəticəsində cəsədin azərbaycanlı 29 yaşlı Nəcəfov Rövşənə məxsus olduğu müəyyən edilib.

Həmyerlimizin cəsədi yarılma üçün İzmir Ədli Tibb Təşkilatının morquna göndərilib.

Gülnar Qafarlı