Moskvada Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov İsveçrədə üç iqtisadi cinayətin törədilməsində şübhəli bilinir və ona qarşı cinayət işi başladılıb.

Open.az xəbər verir ki, bu barədə "Komsomol" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Keçmiş azərbaycanlı milyarder dələduzluqda, kreditorlara ziyan vurmaqda ittiham olunur. Onun ən ağır maddə üzrə 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Həmçinin bildirilib ki, İsveçrə qanun qoruyucularına müraciət etmiş “BM-Bank” 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək T.İsmayılova məxsus “AST” qrupunun “Rusline 2000” müəssisəsinə və “Tropicano Finance B.V.”yə 230 milyon dollar məbləğində 3 dəfə kredit verib.

Kreditorlar bildiriblər ki, İsmayılov kredit vəsaitinin bir hissəsini İsveçrədəki banklara köçürüb.

Xatırladaq ki, Telman İsmayılov 2015-ci ilin dekabr ayında iflas elan edilib. O, qardaşı Vaqif ilə birlikdə beynəlxalq axtarışdadır və qiyabi həbs edilib. İsmayılov 2 nəfərin qətlində günahkar bilinir.

Gülnar Qafarlı