Türkiyənin İstanbul şəhərində mobil telefonların oğurluğu ilə məşğul olan Zoya K. adlı azərbaycanlı qadın saxlanılıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, həmyerlimiz Küçükçekmece ərazisində telefon oğurlayarkən həbs edilib.

O, prokurorluğa sövq edilib.

Prokurorluq şübhəli Zoya K.nı həbs olunmadan mühakimə olunmaq üçün sərbəst buraxıb.

Gülnar Qafarlı