Türkiyənin İstanbul şəhərinin Kadıköy ərazisində Azərbaycan vətəndaşı A.A-nın evinə girən oğrular içəridə olan kompüter və televizorla birlikdə tapdıqları 8 min lirə (təxminən 2392 AZN) nağd pulu oğurlayaraq qaçıb.

Open.az "DHA"ya istinadən xəbər verir ki, hadisə iyulun 11-də Rasim Paşa məhəlləsində baş verib.

Oğurluq Büro Rəisliyi briqadaları hadisə ilə bağlı apardıqları iş çərçivəsində evdə olan təhlükəsizlik kameralarını araşdırıb. Briqadalar oğruların 3 nəfər olduqlarını müəyyən edib.

Polis kimliyini təsbit etdiyi şübhəlini iyulun 15-də keçirdiyi əməliyyatla saxlayıb. Asayiş Şöbə İdarəsinə aparılan şübhəlinin daha əvvəl də bir neçə dəfə oğurluq etdiyi ortaya çıxıb.

O, həbs olunaraq həbsxanaya göndərilib.

Gülnar Qafarlı