Türkiyənin İstanbul şəhərində azərbaycanlı qadını it dişləyib.

Open.az "DHA"ya istinadən xəbər verir ki, hadisə avqustin 31-i Taksim Meydanında baş verib.

Azərbaycanlı turist bəsləmək istədiyi itin hücumuna məruz qalıb. Əlindən yüngül yaralanan qadın qorxu içərisində hadisə yerindən uzaqlaşıb.

Bu hadisədən təxminən 20 dəqiqə sonra yenə eyni it onu əzizləmək istəyən iordaniyalı turist qadına da hücum edib.

Qolundan ciddi şəkildə yaralanan qadının damarı parçalanıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya yerləşdirilib.

Gülnar Qafarlı