Saç əkdirmək üçün Türkiyənin İstanbul şəhərinə gedən Azərbaycan vətəndaşı orada 25 yaşlı həmyerlisi Röyal A. ilə tanış olub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Röyal A. qalacaq yerə ehtiyacı olan həmyerlisini öz evinə aparıb.

Lakin evdə tək qaldığı gün azərbaycanlının hücumuna məruz qalıb. Maskalı oğru onu evində qonaq edən Röyaldan 2100 dollar və mobil telefonunu oğurlayıb.

Polis təxminən 2 aylıq işin ardından onu saxlayıb.

Gülnar Qafarlı