Ailəsini Azərbaycanda qoyaraq Türkiyəyə gedən həmyerlimiz, 1 uşaq atası Süleyman Nufarov Bursa şəhərində Süleyman Kəbiz adlı şəxsin yanında inşaatda işləməyə başlayıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bir müddət sonra işdən ayrılan Nufarov Kəbizin yanına gedərək, Azərbaycana qayıdacağını bildirib və alacağı 300 lirə pulu istəyib.

İkili arasında çıxan mübahisə davaya çevrilib. Dava əsnasında Kəbiz Nufarovu bıçaqla yaralayıb. Süleyman Nufarov yerləşdirildiyi Uludağ Universiteti Tibb Fakültəsi Xəstəxanasında həyatını itirib.

Polis tərəfindən saxlanılan Süleyman Kəbiz isə həbs olunub.

Bursa 1-ci Ağır Cəza Məhkəməsində haqqında qəsdən adam öldürmək günahından ömürlük həbs tələbi ilə cinayət işi açılan Süleyman Kəbizin məhkəməsi keçirilib.

Məhkmədə ölən gəncin məhkəmə prosesi üçün Azərbaycandan gələn anası Sandarə Nufarova, həyat yoldaşı Gülnarə Nufarova və qızı Ayşe Nufarova iştirak edib və cinayətkarın ömürlük həbs cəzasına məkum edilməsini tələb ediblər.

Məhkəmə prosesi təxirə salınıb.

Gülnar Qafarlı

İşləmək üçün Türkiyəyə gedən azərbaycanlı 300 lirə üçün öldürüldü

İşləmək üçün Türkiyəyə gedən azərbaycanlı 300 lirə üçün öldürüldü