Türkiyənin İstanbul şəhərində Azərbaycan vətəndaşını elektrik cərəyanı vuraraq öldürüb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə Fatih bölgəsində Akşemsettin məhəlləsində baş verib.

Məlumata görə, 22 yaşlı azərbaycanlı Rüfət Fərhadov 5 mərtəbəli biznes mərkəzinə kabel çəkərkən binanın elektrik axınına düşüb.

Həmyerlimizin iş yoldaşları hadisə yerinə təcili tibbi yardım və polis cəlb edib. Lakin hadisə yerinə gələn tibb işçiləri onun öldüyünü müəyyən edib.

Fərhadovun cəsədi cənazəsi Yenibosnada yerləşən Tibb Müəssisəsinə göndərilib.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı

Həmyerlimizi “tok” vurub öldürdü - TÜRKİYƏDƏ