Türkiyənin Eskişehir şəhərində Azərbaycan vətəndaşı Elşən İbrahimov pul ilə dolu olan çantasını yanlışlıqla zibilə atıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə Tepebaşı rayonunun Yenibağlar məhəlləsində baş verib.

Həmyerlimiz qardaşı Vüqar İbrahimova aid çantanın içərisində 7500 dollar, 1800 avro və 10 AZN (təxminən 16294 AZN) olub.

Daha sonra tutduğu əməldən xəbərdar olan azərbaycanlı dərhal jandarmaya müraciət edib.

Pul dolu çanta tapılaraq sahibinə təslim edilib.

Gülnar Qafarlı

Həmyerlimiz Türkiyədə pulla dolu olan çantasını zibilliyə atıb