Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilib.

Bu barədə Open.az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildiriblər. Qeyd olunub ki, həmin şəxslərdən 123-ü Azərbaycan vətəndaşıdır:

"Digər şəxslər isə Azərbaycanda yaşamaq hüququ olan əcnəbilərdir. Onlardan 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, 1-i isə Ukrayna vətəndaşıdır".