Ötən gün Gürcüstanın azərbaycanlıların yaşadığı Qardabani rayonunda ər-arvad qətlə yetirilib.

Open.az xəbər verir ki, bu barədə "Interpress News" məlumat yayıb.

Onların başına küt alətlə zərbə endirilib. Məlumata görə, öldürülənlərin üzləri çox pis hala düşüb, hətta yaxınları da onları tanımaqda çətinlik çəkiblər.

Həmçinin yerli sakinlərin sözlərinə görə, ər və arvadın Qardabanidə kiçik biznesi olub. Onların oğlu Rusiyada yaşayır.

Qətli törədənlər evdən heç nə oğurlamayıblar.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı