Gürcüstanın Bolnisi rayonunda meşədən 70 yaşlı azərbaycanlının meyiti tapılıb.

Open.az xəbər verir ki, bu barədə Rustavi 2 telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, qətl hadisəsi bir neçə gün öncə Kərəm Əsgərov adlı şəxsin evində baş verib. Cinayətkar daha sonra onun cəsədini meşəyə aparıb.

Ötən gün mərhumun cəsədi çobanlardan biri tərəfindən tapılıb. Onun gözlərinin deşildiyi, boğazında ip olduğu qeyd edilib.

Daxili İşlər Nazirliyi sözügedən informasiyanı təsdiq etməyib. Hadisənin səbəbləri araşdırılır.

Qonşuların sözlərinə görə, ahıl kişi evdə tək yaşayırmış, onun ailəsi Rusiyada imiş.

Faktla bağlı istintaq başladılıb. Qətl törədən şəxsi 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Gülnar Qafarlı