22 yaşlı Azərbaycan vətəndaşı Tümendə 3 kottecdən 730 min rubl (11 min dollar) oğurladığına görə mühakimə olunacaq.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Tümen vilayətinin prokurorluğu məlumat yayıb. Gənc azərbaycanlı 2018-ci ilin mayında anası və qardaşı ilə Tümenə gedib. Heç vaxt işləməyən gənc gecələr kottecləri soymaq qərarına gəlib. İyunun 28-dən iyulun 4-dək oğru 3 evi qarət edib. Zərərçəkmişlərə dəyən ziyanın ümumi miqdarı 730 min rubl təşkil edib.

O, avqust ayında polislər tərəfindən Başqırdıstan Respublikasında saxlanılıb. İstintaq zamanı bütün oğurlanmış əmlak (pul və konyakdan başqa) tapılaraq zərərçəkmişlərə qaytarılıb.

RF prokurorluğu cinayət işi üzrə ittiham aktını təsdiq edib və baxılması üçün Kalinski rayon məhkəməsinə göndərib.

Gülnar Qafarlı