Azərbaycanlı mühacir Rəfail Priyev Fransada saxlanılıb.

Open.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılın.

Bildirilib ki, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

R.Priyev Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransadakı qaçqın düşərgəsində saxlanılıb.

Azərbaycan vətəndaşının yaxın günlərdə Almaniyaya deportasiya edilməsi gözlənilir.