Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov barəsində başlanmış cinayəti işi üzrə ittihamlar təsdiqini tapıb.

Open.az "Qazeta.ru"ya istinadən xəbər verir ki, törətdiyi cinayətə görə təqsirləndirilən Anar Allahverənova 19 il həbs cəzası verilə bilər.

Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçov arasında Xabarovsk şəhərinin “Qalereya” kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A. Draçov xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.

Daha sonra azərbaycanlı polisə təslim olub. Faktla bağlı A.Allahverənova “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlayıb.

Anar Allahverənovun maraqlarını məhkəmədə 3 vəkil təmsil edir.

Gülnar Qafarlı