Məlumdur ki, “Ermənistan qartalları - Vahid Ermənistan” partiyasının sədr müavini Mqer Yeqiazaryan saxlanıldığı “Nubaraşen” həbsxanasında keçirdiyi 44 günlük aclıq aksiyası nəticəsində ölüb. Bir sıra nüfuzlu xarici mediada, o cümlədən “The Washington Post” qəzetində “Erməni siyasi xadim aclıq aksiyasından sonra öldü” başlıqlı məqalə də dərc edilib. Siyasi məhbusun oğlu Vazqen Yeqiazaryan Ermənistanın baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümünə bais olmaqda günahlandırıb.

Hadisə dünyadakı azərbaycanlıların da reaksiyasına səbəb olub.

“Ermənsitanda siyasi müxalif ldierinin həbsxanada aclıq edərək ölməsi oradakı hakimiyyətin insanlara qəddar münasibətindən xəbər verir. İndi görün onlar öz insanlarına belə münasibət sərgiləyirlərsə, Ermənistan tərəfindən girovda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin, o cümlədəna zərbaycanlı əsirlərin başlarına hansı oyunları açırlar?!

Open.az xəbər verir ki, bunu “Reporta” açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev deyərək bildirib ki, Avropanın bəzi qurumlarının buna göz yumması qərbin reputasiyası üçün ciddi zərbədir.

O qeyd edib ki, bu fakt sübut edir ki, Ermənistan rəhbərliyi siyasi ambisiyalarını öz vətəndaşlarının həyatından üstün tutur: “Hətta insanın acından ölməsi belə bunları siyasi ambisiyalarından çəkindirmir. Məhz, belə ambisiyalı erməni siyasətçilərin “sayəsində” Dağlıq Qarabağda müharibənin yenidən alovlanması labüddür. Hesab edirəm Azərbaycanla bağlı dəqiqləşdirilməmiş informasiyalardan qətnamələr düzəldən avropalı siyasətçilər, yaxşı oalrdı ki bu problemlə maraqlansınlar, bu alovunq arşısını alsınlar. Bu gün Azərbaycanda hansısa dəqiqləşdirilməmiş məsələyə aqressiyaya vaxt sərf edib, amma Ermənistandakı faktiki baş verənlərə göz yuman Avropa qurumları gələcək fəsadların əsasını qoymuş olurlar. Ötən il ölkədə inqilab ilə hakimiyyətə gələn Ermənistanın yeni rəhbərliyindən erməni xalqı demokratiya, beynəlxalq prinsiplərə hörmət gözləyirdi. Amma o etimadı doğrultmadı”-deyə, R. Tağıyev bildirib.

“Biz çox istərdik ki, Avropa instutları, xüsusilə Avropa Parlamenti bütün məsələlərə obyektiv yanaşsın. Çünki bu, Avropa sakinləri olan biz azərbaycanlılar, xüsusilə gənclər üçün vacib məsələdir”. Finlandiya “Azərbaycan-Türk” Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova bunları “Report”a bölüşərək bildirib ki, Ermənistanda siyasi partiya liderinin həbsxanada açıq formada aclıq keçirərək ölməsi və Avropanın bəzi qurumlarının buna Azərbaycana münasibətdəki aqressiya ilə müqayisədə yumşaq davranması ədalətsizlikdir: “Məsələn, bu gün Ermənistan tərəfindən azərbaycanlılar Dilqəm və Şahbaz da illərdir ki girov saxlanılır. Amma bir dəfə də olsun Avropa Parlamenti, digər qurumlar buna görə Ermənistana heç bir təzyiq göstərmir. Necə ki, illərdir tarixi vətənimiz Azərbaycanın 20 faizini işağlda saxladığına görə Ermənistana heç bir təzyiq göstərilməyib. Amma biz daim müşahidə edirik ki, Azərbaycanla bağlı dəqiqləşdirilməmiş, doğru olmayan bəzi informasiyalar əsasında tarixi vətənimizə qarşı Avropanın bəzi qurumları tərəfindən aqressiya nümayiş etdirilir”-deyə, Ü. Cabbarova bildirib.

Almaniya azərbaycanlılarının Koordinasiya Şurasın əlaqələndiricisi Yaşar Musayev isə “Report”a bildirib ki, Ermənistanda insanlara qarşı baş verən bu hadisələrə beynəlxalq təşkilatların, eləcə də Avropa Parlamentinin biganəliyi siyasi ədalətsilikdir: “Ermənistanın ermənilərə münasibəti belədirsə, indi görün girov və əsair saxladığı azərbaycanlılara qarşı nələr edirlər. Bu dəhşətdir. Maraqlıdır, görəsən dünya ölkələri, Azərbaycan haqqında qərəzli bəyənatlar, qətnamələr qəbul edən Avropa parlamenti belə bir təhlil aparırmı ki, ermənilərin özlərinə münasibəti belədirsə, onlarda girovluqda olan Dilqəm və Şahbaza hansı humanist münasibətdən söhbət gedə bilər? Yaxud dəqiqləşdirilməmiş, doğru olmayan informasiyaların əsasında Azərbaycan haqqında qətnamə qəbul edən beynəlxalq təşkilatlar erməni siyasi məhbusun həbsxanada acından ölməsinə qarşı nə üçün belə “dözümlü” davranır. Bu ikili yanaşmanın bariz nümunəsi deyilmi? Məncə bu gün Avropa bu suallar ətrafında ciddi düşünməlidir”-deyə, diaspor lideri bildirib.