Ötən gün Dağıstanda sərhədçilər beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, fırıldaqçılıqla məşğul olan 57 yaşlı azərbaycanlı barədə cinayət işi başlanılıb. Belə ki, o, Saratovda avtosalonlarından birində iki avtomobil icarəyə götürüb.

Bir müddətdən sonra həmyerlimiz aylıq ödənişləri ödəməyib və kreditorlardan gizlənməyə başlayıb.

Gülnar Qafarlı