Dağıstanın Qayakənd rayonunda Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus iki avtomobil ilə toqquşub.

Open.az xəbər verir ki, bu barədə "TASS" respublikanın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Qəza nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar Qayakənd Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı