Ukraynanın Çerniqov vilayətinin İçnya rayonunda baş verən partlayışla əlaqədar olaraq köçürülən əhali arasında azərbaycanlılar da var.

Open.az-ın əldə etdiyi məlumata görə, İçnya rayonu və ətraf qəsəbələrdə yaşayan 12 azərbaycanlı ailəsi də köçürülüb. Onlar qonşu rayonlara və Çerniqov şəhərinə köçüblər. Azərbaycanlı ailələr diasporun və yerli hökumət orqanlarının dəstəyi ilə lazımı şərait ilə təmin olunublar.

Qeyd edək ki, gecə saatlarında İçnya rayonunda yeləşən hərbi anbarda güclü partlayış baş verib.