Ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərində naməlum şəxslər təkər təmiri ilə məşğul olan işçilərə hücum ediblər.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, hücum saat 18:30 radələrində baş verib. Təcavüzkarlar iki Azərbaycan vətəndaşını bıçaqlayıb, daha sonra ordan qaçaraq gizləniblər.

Yaralılar kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə barədə polisə məlumat daxil olub. Polis əməkdaşları "Aminevskoye" şosesində şübhəlilərdən birini saxlayıb.

İlkin məlumatlara görə, saxlanılan Moskvada yaşayan Çeçenistan vətəndaşı olub.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı