Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərindəki Azərbaycan Evində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım guşəsi təşkil edilib.

Komitədən Open.az-a verilən məlumata görə, "Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində gerçəkləşdirilən anım güşəsində Xocalı dəhşətlərini əks etdirən fotoşəkillər və çap materialları nümayiş etdirilib. Bu materiallarda erməni yazıçılarının və Ermənistanın eks-prezidenti Serj Sarkisyanın Xocalı soyqırımı ilə bağlı qorxunc etirafları da təqdim olunub.

Berlin sakinlərinin diqqətini Xocalı soyqırımına cəlb etmək məqsədilə alyans üzvləri əllərində "Xocalıya ədalət!" tələbi yazılmış plakatlarla Azərbaycan Evinin qarşısında "səssiz" aksiya da keçiriblər. Plakatlarda "justiceforkhojaly.org" saytının adı və sayta keçid üçün QR-kodu göstərilib.

Berlində yaşayan soydaşlarımız anım güşəsini ziyarət edərək Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini yad ediblər.

Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO) - Gallery Image