İstanbuldakı tekstil və karqo şirkətindən 250 min dollar dəyərində oğurluq edən azərbaycanlı dəstənin bir üzvü polis tərəfindən saxlanılıb.

Open.az "DHA"ya istinadən xəbər verir ki, polis adları müəyyən edilən dəstənin digər üzvlərinin axtarışlarını davam etdirir.

Şəbəkənin soyğun anı təhlükəsizlik kameralarına əks olunub.

Hadisə oktyabrın 8-də Fatihdə baş verib. Silahlı və maskalı iki şübhəli şirkətin işçilərini tərksilah edib və 130 min dollar götürərək qaçıb. Polis maskalı soyğunçuları tutmaq üçün hərəkətə keçib.

Cinayətkarlar noyabr 1-də Fatihdə karqo şirkətinə basqın edib. Onlar işçiləri zərərsizləşdirdikdən sonra seyfdəki 120 min dolları oğurlayıblar.

Hadisədən sonra qaçan Azərbaycan vətəndaşı Vəli. V qısa müddətdə saxlanılıb və həbs edilib.

Polis şöbəsinə aparılan şübhəlinin dindirilməsi zamanı hər iki soyğunu eyni dəstənin etdiyi müəyyən edilib. Şübhəlilərin soyğun etmək üçün İstanbula gəldikləri və hadisədən dərhal sonra qaçdıqları müəyyən edilib.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı