Türkiyənin Biləcik şəhərində Azərbaycan vətəndaşının törətdiyi yol qəzasında tələbə həmyerlimiz vəfat edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Biləcik Dövlət Xəstəxanasına çatdırılan 23 yaşlı Mirsani Seyidovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mirsani Seyidov Biləcik Şeyx Ədəbali universitetinin Maşınqayırma mühəndisliyi fakültəsində təhsil alırdı.

***

4 fevral 11:17

Türkiyənin Bilecik şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Mirəssəf S.-nin idarə etdiyi avtomobil Osmaneli-Bilecik yolunda zavod fəhlələrini daşıyan mikroavtobusla toqquşub.

Qəza zamanı azərbaycanlı ilə yanaşı, onun maşınında olan Mirsani Seyidov, Ersan Gülüm, İsmət Turan və Qürbət Çankaya, o cümlədən mikroavtobusdakı 6 fəhlə ağır yaralanıb.

Yaralılar hadisə yerinə sövq edilən tibb briqadaları tərəfindən Biləcik Dövlət Xəstəxanasına yerləşdirilib. Onlardan Mirşad Seyidov, Ersan Gülüm və İsmət Turanın vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı


Azərbaycanlının Türkiyədə törətdiyi qəzada tələbə həmyerlimiz öldü - YENİLƏNİB