Moskvanın Kuzminski rayon məhkəməsi Azərbaycan vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən çeçen Lors Xamiyevi həbs edib.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat katibi Karina Kalenova məlumat yayıb.

O, məhkəmənin L.Xamiyev barəsində aprelin 14-dək həbs-qətimkan tədbiri seçdiyini bildirib.

Cinayət işi ilə əlaqədar daha bir nəfər həbs olunub, üç nəfərin saxlanma müddəti fevralın 22-dək uzadılıb.

Qeyd edək ki, L.Xamiyev Səmərqənd bulvarı küçəsi, məhəllə 1, ev 6 ünvanında 45 yaşlı azərbaycanlını "BMW X6" markalı avtomobildən odlu silahla güllələyib. İlkin ehtimallara görə, bu hadisə dünən axşam saatlarında Moskvada baş vermiş çeçenlərlə azərbaycanlılar arasındakı insidentlə əlaqəlidir.

2009-cu ilin aprelində Ramzan Kadırova sui-qəsddə ittiham edilən Lors Xamiyev 8 il 5 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Gülnar Qafarlı