Türkiyənin Bursa şəhərində Azərbaycan vətəndaşını bıçaqlayaraq öldürən şəxsə 15 il həbs cəzası verilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, məhkəmə iclası Bursa 1-ci Ağır Cəza Məhkəməsində keçirilib.

Süleyman K.son dəfə hakim qarşısına çıxıb. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxs əvvəlki ifadələrini təkrarlayıb və peşman olduğunu bildirib: "Hadisə baş verən gün Süleyman Nufarov 300 lirəyə yaxın pulunu istəməyə gəlmişdi. Ona pulu verəcəyimi söylədim. O, mənə bu pulu bu gün səndən alacağam dedi. Mən də heç kim pulu məndən zorla ala bilməz deyə reaksiya verdim. Süleyman məni stulla vurdu. Özümü qorumaq üçün qarpız kəsdiyimiz bıçağı götürdüm. Bu vaxt Süleyman çiynimdən tutub ona tərəf çevirəndə təsadüfən onu bıçaqladım. Süleymanın xəstəxanada öldüyünü bildim".

Qeyd edək ki, hadisə ötən il iyulun 7-də baş verib.

Gülnar Qafarlı

Azərbaycanlını öldürən türkə 15 il həbs cəzası verildi