Gürcüstanın Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqyana abidə ucaldılmasına qəzəblənən bu ölkədəki azərbaycanlılar kütləvi etiraz aksiyasına hazırlaşırlar.

Open az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, etiraz aksiyası fevralın 5-i saat 12-də Gürcüstan parlamentinin qarşısında olacaq.

Etiraz aksiyasının keçirilməsi artıq razılaşdırılıb. Aksiyada kütlvəi azərbaycanlıların qoşulacağı bildirilir. Bildirilir ki, erməni terrorçuya abidə ucadılması azərbaycanlılara qarşı ciddi hörmətsizlikdir, mənəvi sarsıntıdır və Gürcüstandakı azərbaycanlılar abidənin oradan götürülməsini ciddi tələb edəcəklər.