Rusiyanın Nijnevartovsk şəhərində 3 nəfər 39 yaşlı kişini evinin qarşısında güllələyib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, hadisəni törədən 3 nəfər olub. Onlardan 2-si Azərbaycan vətəndaşı, 1-i Nijnevartovsk sakinidir.

Hadisə yanvarın 29-da baş verib. Onlar Marşal küçəsindəki yaşayış evinin həyətində 39 yaşlı şəxsə bir neçə atəş açıb və sonra hadisə yerindən qaçıblar.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı