Ötən gün Rusiyanın İrkutsk vilayətində yaşayış evində dəhşətli yanğın baş verib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı 3 azyaşlı uşaq evdə yanaraq ölüb.

Hadisə Xudoyelanskoye qəsəbəsindəki taxta evdə meydana gəlib. Gecə tək qalan 2, 3 və 4 yaşlı uşaqların azərbaycanlı olduğu ortaya çıxıb.

Qonşular yanğınsöndürənlərin gəlməsinə qədər uşaqları evdən çıxarıblar. Lakin körpələr tüstüdən zəhərlənərək ölüblər.

Uşaqların Azərbaycan vətəndaşı olan atasının il yarım əvvəl vətənə deportasiya olunduğu bildirilib. Onların 24 yaşlı yerli sakin olan anaları isə həmin gecə barda işdə olub.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı