Bu gün bütün dünyada "Uşaqların Beynəlxalq Müdafiə" günü kimi qeyd edilir.

Open.az xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günündə xaricdə yaşayan 10 ölkənin (Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Litva, Almanya, Polşa, Ukraynaİngiltərə) uşaqlarının iştirakı ilə videoçarx hazırlanıb.

Videoçarxda "Antalya Azərbaycan Mədəniyyət və Birlik Təşkilatı"nı (Antalya Azerbaycan Kültür ve Dayanışma Derneği) azərbaycanlı 5 yaşlı Banu Qafarlı təmsil edib.

Qeyd edək ki, layihə " Yabancılar Meclisi Muratpaşa Antalya"ya məxsusdur.

Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

Gülnar Qafarlı


Azərbaycanlı uşaq 10 ölkə arasında Azərbaycanı təmsil etdi - VİDEO