Azərbaycan vətəndaşı Türkiyənin Karabük şəhərində 5 min 100 TL saxta pul ilə saxlanılıb.

Open.az "Hüriyyet"ə istinadən xəbər verir ki, bir marketdən alış-veriş edən E.J adlı azərbaycanlının ona saxta pul verdiyini anlayan satıcı polisə xəbər verib.

Üzərinə baxış zamanı həmin şəxsdən doqquz ədəd 200, 22 ədəd 100 və 22 ədəd 50 türk lirəsi olmaqla ümumilikdə 5100 TL saxta əskinas aşkar edilib.

O, ifadəsi alındıqdan və tibbi müayinədən keçirildikdən sonra həbsxanaya göndərilib.

Gülnar Qafarlı