Türkiyənin Uşak şəhərində polis saxta içki satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 2 şübhəli saxlanılıb.

Onlardan biri Azərbaycan vətəndaşı olub. Polis həmçinin bazar dəyəri 23 min TL olan 71 litrlik saxta içkiləri də müsadirə edib.

İlkin məlumata görə, saxlanılanlar saxta içkiləri "İnstagram" vasitəsilə satmağa cəhd göstəriblər.

Faktla bağlı istintaq başladılıb.

Azərbaycanlı Türkiyədə saxta içki satarkən saxlanıldı - İnstagram