Türkiyənin İstanbul şəhərinin Beşiktaş bölgəsində Azərbaycan vətəndaşının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Open.az "Haberler"ə istinadən xəbər verir ki, qəza saat 06:00 radələrində Büyükdere küçəsində meydana gəlib.

Zincirlikuyu istiqamətindən gələn Eşper Ü-nün idarə etdiyi avtomobilə azərbaycanlı Xəlil Hüseynovun idarə etdiyi maşın arxadan dəyib.

Toqquşmanın təsiri ilə hər iki avtomobil aşaraq digər 2 maşına dəyib.

Qəza zamanı Xəlil Hüseynov, Ayça Gül, Leyla Qəribova və Semanur Saldan yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Onların həyati təhlükələrinin olmadığı bildirilib.

Qəzayla bağlı istintaq başlayıb.

Gülnar Qafarlı