Türkiyənin İstanbul şəhərində psixoloji problemləri olduğu iddia edilən Azərbaycan vətəndaşı özünü bıçaqlayıb.

Open.az "Haber7"yə istinadən xəbər verir ki, hadisə iyunun 1-i Haliç Körpüsüdə baş verib.

Azərbaycanlı avtobus dayanacağında çörək bıçağı ilə özünə xəsarət yetirməyə başlayıb. Ətrafdakı vətəndaşlar ona mane olmağa çalışıb.

Lakin vətəndaşların səyləri nəticəsiz qalıb və o, bıçaqla qarnına zərbələr endirib.

Hadisə yerinə polis və təcili yardım cəlb edilib. Həmyerlimiz xəstəxanaya yerləşdirilib.

Gülnar Qafarlı

Azərbaycanlı Türkiyədə özünü bıçaqladı