Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda dağda köməksiz qalan dörd tələbə xilas edilib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, xilas edilənlərin arasında 29 yaşlı Azərbaycan vətəndaşı Amir Oruci də olub.

Köməksiz vəziyyətdə qalan tələbələr 8 saatdan sonra tapılıb.

Onların vəziyyətinin yaxşı olduğu bildirilib.

Gülnar Qafarlı

Azərbaycanlı tələbə Türkiyədə dağda köməksiz qaldı - FOTO