Çinin Daxili İşlər Nazirliyinin polkovnik-leytenantı Rusiyanın paytaxtı Moskvada soyunçuluğun qurbanı olub.

Open.az xəbər verir ki, bu barədə "Life.ru" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

O, vətəndəki məzuniyyətindən sonra Çinə qayıdan zaman taksidə halı pisləşib.

Sürücü ona maşından düşməyi və üzünü yumağı təklif edib. Polkovnik-leytenant üzünü yuyarkən, sürücü onu yolda qoyaraq, maşını sürüb və hadisə yerindən uzaqlaşıb.

Maşında bir neçə bank kartı və sənədlər qalıb. Zərəçəkən dərhal hüquq-mühafizə orqanlarına müraciət edib və polislər 59 yaşlı Azərbycan vətəndaşını saxlayıblar.

Həmyerlimiz ifadəsində bildirib ki, maliyyə vəziyyəti çox pis olduğuna görə, bu yola əl atıb. O, sənədləri zibil qutusuna atdığını söyləyib.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı