İstanbulda Asiya və Avropanı birləşdirən “Avrasiya” tuneli istiqamətində baş verən qəza səbəbindən yol bağlanıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün saat 14:30 radələrində baş verib.

Məlumata görə, Avrupa- Anadolu istiqamətində naviqasiya halında olan Azərbaycan nömrəli avtomobilin sürücüsü Hacıyev Rauf Şüküroğlu hələ bilinməyən bir səbəblə idarəetməni itirib və tunelin içində qəza törədib.

Qəza səbəbindən tunel nəqliyyata bağlanılıb. Hadisə yerinə polis və təcili tibb yardım briqadaları sövq edilib.

Sürücü qəzadan xəsarət almadan xilas olub. Hadisə ilə bağlı istintaq başladılıb.

Gülnar Qafarlı

Azərbaycanlı sürücü İstanbulda Avrasiya