Türkiyənin Burdur bölgəsinin Karamanlı rayonunda azərbaycanlı sevgilisi Qənirə Cabbarovanı taksidə 55 yerindən bıçaqlayaraq öldürən Halil Acara hökm oxunub.

Open.az "Posta"ya istinadən xəbər verir ki, o, ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, sevgilisini qısqanclıq nəticəsində öldürən Acara qarşı "xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.

O, məhkəmədə sevgilisini öldürdüyünü etiraf edib: "Qənirə gecə klublarınən birində fahişəliklə məşğul olurdu. Onunla tanış olduq və bir müddətdən sonra sevgili olmağa başladıq. Qənirəyə həm maddi, həm də mənəvi dəstək olurdum. Ona aşiq idim. Hadisə günü işlədiyi yerə getdim. Spirtli içki qəbul etdik. Keçmiş müştərilərindən söhbət düşəndə mübahisəmiz oldu. Anası bizi barışdırdı, daha sonra içkiyə davam etdik. Ona yaşadığım kəndə getməyi təklif etdim. Əvvəlcə qəbul etmədi. Taksidə olan zaman müştərilərindən biri ona zəng edib, hoteldə gözlədiyini dedi. Bu zaman dalaşdıq, bir-birimizi söydük və təhqir etdik. Özümü itirdim və onu bıçaqlamağa başladım”.

Gülnar Qafarlı

Azərbaycanlı sevgilisini 55 yerindən bıçaqlayaraq öldürənə ömürlük həbs cəzası verildi