Azərbaycan vətəndaşı Rusiyanın Volqoqrad vilayətində qəzaya düşüb.

Open.az xəbər verir ki, bu barədə "Novyi Den" agentliyi Daxili İşlər Nazirliyinin Volqoqrad vilayətindəki Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hadisə ötən gün baş verib. 50 yaşlı azərbaycanlının idarə etdiyi "Mercedes-Benz Vito" maşını qarşıdan gələn 35 yaşlı sürücünün idarə etdiyi "Scania" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində həmyerlimizin maşınında olan 58 yaşlı xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı