Rusiyanın Surqut şəhərində bu günlərdə qız atası olan Azərbaycan vətəndaşı doğum evinin qarşısında qoyun kəsib.

Open.az "Vesti.ru"ya istinadən xəbər verir ki, sözügedən hal şəhər əhalisinin hiddətinə səbəb olub.

Onlar uşaqların gözü qarşısında qurban kəsilməsi halını pisləyiblər.

İşə polis qarışıb. Faktla bağlı istintaq başladılıb.

Azərbaycan diasporunun nümayəndələri, hadisə barədə danışıblar: "Əlbəttə ciddi bir hadisədir. İctimai yerlərdə belə bir şey etmək olmaz. O, hərəkətini dərk etdi və hər kəsdən üzr istədi".

Gülnar Qafarlı