Rusiyanın Volqoqrad şəhərində Azərbaycan vətəndaşı olan mikroavtobus sürücüsü 13 yaşlı qıza təcavüz edib.

Open.az rus KİV-nə istinadən xəbər verir ki, 34 yaşlı Xəyal Məmmədov adlı şəxs mikroavtobusu dayandırıb və bir məktəbli qızdan ona yol göstərməsini istəyib.

Daha sonra həmyerlimiz qızı meşəyə aparıb və uşağı onunla cinsi əlaqədə olmağa məcbur edib.

Evə qayıdan uşaq hadisə barədə anasını məlumatlandırıb. Qızın valideyni dərhal polisə müraciət edib.

Azərbaycanlı polislər tərəfindən saxlanılıb. O, 13 yaşlı məktəbli ilə cinsi əlaqədə olduğunu etiraf edib. Lakin X.Məmmədov bunun qarşı tərəfin razılığı ilə baş verdiyini iddia edib və qızın azyaşlı olmasından xəbərsiz olduğunu bildirib.

Faktla bağlı istintaq başladılıb.

Qeyd edək ki, Xəyal Məmmədovun 14 ildir ki, Volqoqradda yaşadığı bildirilib. O, ailəlidir və iki uşağı var.

Gülnar Qafarlı


Azərbaycanlı Rusiyada 13 yaşlı qızı zorladı - FOTO