Rusiyada 37 yaşlı Azərbaycan vətəndaşı 12 yaşlı oğlanın zorlanmasında şübhəli bilinir.

Open.az xəbər verir ki, bu barədə "İnforeactor.ru" saytı məlumat yayıb.

Bildirilir ki, hadisə ötən axşam Moskvada baş verib. Hadisədən sonra 1965-ci il təvəllüdlü bir qadın polisə müraciət edərək, oğlunun cinsi zorakılığa məruz qaldığını bildirib.

Onun sözlərinə görə, ailəvi tanışı olan 1981-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 12 yaşlı oğlunu zorlayıb.

Cinayəti törətdikdən sonra həmyerlimiz qaçıb. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı